Qazaxıstan təhsilində hansı sahələri tədqiq edəcəyik?

Qazaxıstan təhsilində hansı sahələri tədqiq edəcəyik?

Qazaxıstan təhsilində hansı sahələri tədqiq edəcəyik?

“Sinqapurda pedaqoji kadr hazırlığı modelləri” mövzusunda tədqiqat işimizdən sonra növbəti araşdırma işi üçün Qazaxıstanı seçmişik. İlkin tanışlıqlardan, ədəbiyyat nümunələrini nəzərdən keçirdikdən sonra gəldiyimiz qənaət budur ki, bu Orta Asiya ölkəsində pedaqoji kadr hazırlığı istiqamətində nümunə ola biləcək təcrübə formalaşmaqdadır. Onu da qeyd edək ki, Qazaxıstanda pedaqoji kadr hazırlığı məsələlərində Sinqapur təcrübəsindən yararlanmaq fikirləri də mövcuddur. Elmi ədəbiyyatlarda bu yöndə təkliflər səslənməkdə, Sinqapur təcrübəsi öyrənilməkdədir. Qazaxıstanlı tədqiqatçılar da hesab edirlər ki, müəllimlik peşəsini məktəblərin ən yaxşı məzunları seçməlidirlər. Gənclərdə müəllimlik peşəsinə sevgi və marağın təməlləri məhz orta məktəbdə atılmalıdır. Bunun üçün Pedaqoji universitetlərlə təhsili idarəetmə orqanlarının birgə məqsədyönlü işi qurulmalıdır. Bu işin sistemi elə təşkil olunmalıdır ki, pedaqoji sahəyə marağı olan gəncləri üzə çıxarmaq mümkün olsun. 

Böyükağa MİKAYILLI

Elşən QAFAROV