MÜƏLLİMLƏRİN SERTİFİKASİYASI: AMERİKA BİRLƏŞMİŞ ŞTATLARI TƏCRÜBƏSİNDƏN

MÜƏLLİMLƏRİN SERTİFİKASİYASI: AMERİKA BİRLƏŞMİŞ ŞTATLARI TƏCRÜBƏSİNDƏN

MÜƏLLİMLƏRİN SERTİFİKASİYASI: AMERİKA BİRLƏŞMİŞ ŞTATLARI TƏCRÜBƏSİNDƏN


Böyükağa Mikayıllı

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalının baş redaktor əvəzi
E-mail: [email protected] https://orcid.org/0000-0001-8931-0459

Annotasiya. Sertifikasiya təhsil sistemlərinin inkişafını nizamlayan, müəllimlərin elmi-pedaqoji, metodiki, intellektual səviyyəsini daim tələb olunan formada saxlayan, onların peşəkar hazırlığının, pedaqoji fəaliy- yətinin yeni mərhələsinə yol açan prosesdir. Dünya təcrübəsini araşdır- dıqda, aşkar görmək olur ki, tədris prosesinin təkmilləşdirilməsi, müasir xarakter almasının təməlində məhz müəllimlərin peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi dayanır. Bunun ən optimal yolu kimi, əgər bir tərəf- dən müəllimlərin peşəkar hazırlığının yüksəldilməsi prosesinin həyata keçirilməsi görünürsə, peşəkar inkişafın ilhamverici qüvvəsi kimi də sertifikasiya diqqət mərkəzinə gəlir. Bu tədqiqat işi Amerika Birləşmiş Ştatlarında müəllimlərin sertifikasiyasının keçirilməsi, eləcə də peşəkar- lıq səviyyəsinin inkişaf etdirilməsi istiqamətində aparılan işlər, sertifikat- laşdırma mexanizmi, sertifikatlaşdırmanın müəllimlərin pedaqoji fəaliy- yətinə təsiri imkanlarına həsr olunub. Tədqiqat işində standart, fövqəladə və alternativ sertifikasiya modellərindən bəhs olunur, onların elmi-nəzə- ri, metodiki tərəfləri haqqında məlumat verilir. Tədqiqat işi ümumilikdə ABŞ-da müəllimlərin sertifikasiyası haqqında müəyyən təsəvvürlərin yaranmasına, sertifikatlaşdırma təcrübəsinin öyrənilməsinə xidmət edir. Açar sözlər: müəllimlərin sertifikasiyası, peşəkar inkişaf, sertifikasiya modelləri, sertifikatlaşdırma, lisenziyalaşdırma, pedaqoji kadr hazırlığı, praksis, pedaqoji bacarıqlar.

PDF: ABŞ-da MÜƏLLİMLƏRİN SERTİFİKASİYASI.pdf