Müəllimlərin sertifikasiyası: dünya təcrübəsi-Qazaxıstan

Müəllimlərin sertifikasiyası: dünya təcrübəsi-Qazaxıstan

Müəllimlərin sertifikasiyası: dünya təcrübəsi-Qazaxıstan

2022-ci ildə Qazaxıstanın Təhsil Nazirliyi müəllimlərin attestasiya sistemini təkmilləşdirmək məqsədilə işçi qrupu yaradıb və ölkədə attestasiyaının elmi-nəzəri əsaslarla, şəffaf şəkildə keçirilməsi üçün ilk növbədə mükəmməl qanunvericilik bazası hazırlanıb. Bu zamana qədər isə, ölkədə attestasiyanın keçirilməsi 2016-cı ildə qəbul edilən qanunvericiliyə əsaslanır, təhsilin bütün pillələrində çalışan pedaqoji işçiləri, eləcə də elm sahəsini əhatə edirdi. İşçi qrupu qısa müddət ərzində qanunvericilk bazasına əsaslanaraq, attestasiyanın keçirilməsinin metodoloji əsaslarını və standartlarını özündə birləşdirən təkliflər paketi hazırladı. 

Yeni təkilflər paketi hazırlanana qədər Qazaxıstanda attestasiya iki mərhələdə aparılırdı. Birinci mərhələdə fənn üzrə biliklərin aşkara çıxarılması üçün müəllimlər müvafiq testdən keçir və onların metodik hazırlıq səviyyələri yoxlanılırdı. Bundan sonra isə attestasiya olunan müəllim və onun şagirdlərinin nailiyyətlərinə müvafiq olaraq müəllimin pedaqoji hazırlığı qiymətləndirilirdi. 

Yeni təkliflər paketinə uyğun olaraq sistem dəyişdi. İşçi qrupunun təklif etdiyi yeni qaydalara görə, 30 il və daha artıq pedaqoji stajı olan müəllimlər attestasiyanın test mərhələsindən azad olunurlar. Onlar yalnız ikinci mərhələyə öz nailiyyətlərini əks etdirən portfoliolarını təqdim edəcəklər. Əgər müəllim mövcud ixtisas dərəcəsini artırmaq istəyirsə, o zaman attestasiyaya ümumi əsaslarla qoşula bilər. 30 illik pedaqoji təcrübəyə malik müəllim, köhnə attestasiya sisteminə görə ali, yaxud birinci kateqoriyaya sahibdirsə, “pedaqoq-moderator” kateqoriyasına keçid zamanı test mərhələsindən azad ediləcək. Qanunvericiliyə görə, təqaüd yaşına dörd il qalmış müəllimlər sertifikasiya prosedurundan azad edilirlər. Müəllimin mövcud ixtisas dərəcəsi onun təqdim etdiyi ərizə əsasında təqaüd yaşına qədər saxlanılır. İxtisas dərəcəsinin müddətinin uzadılması haqqında əmr təhsil təşkilatının rəhbəri tərəfindən verilir. Sərəncam təqaüd yaşına qədər qüvvədə qalır. Təqaüd yaşı Qazaxıstan Respublikasının “Təqaüd təminatı haqqında Qanunu” ilə müəyyən edilir.