Təhsil Xidmətləri və Məsləhət Mərkəzinin (Education Service and Consulting) Education Center Azerbaijan təşkilatı ilə birlikdə 7 iyul 2024-cü il tarixində Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində “Ümumi təhsildə səmərəliliyin artırılması yolları” adlı praktik forum keçirdi.
Forumun spikerləri və məruzələri:
Elşən Qafarov, təhsil üzrə ekspert: “Məktəbdaxili nəzarətin təşkili, idarə edilməsi və sənədləşdirilməsi”
Böyükağa Mikayıllı, təhsil tədqiqatçısı: “Məktəbdə tədqiqat mühiti və elmi-pedaqoji məqalələrin yazılmasına verilən tələblər”.
Gülşən Əlizadə, təhsil üzrə tədqiqatçı: "Hədəf yönümlü idarəetmə və müəllim motivasiyası"
Tədbirin sonunda iştirakçılara sertifikat təqdim olundu.