Böyükağa Mikayıllı,
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi,
“Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalının
baş redaktor əvəzi
Annotasiya. Məqalədə türk dünyasının XI əsrdə yaşamış böyük mütəfəkkiri Yusif Balasaqunlunun “Kutadqu biliq” (“Xoşbəxtlik bəxş edən elm”) (ASE, 1976) əsərinin ideyası, yazılması tarixi, onun adı və məzmunu haqqında irəli sürülən mülahizələr araşdırılır. Azərbaycanın və bir sıra xarici ölkə tədqiqatçılarının “Kutadqu biliq”lə bağlı araşdırmalarına diqqət yetirilir. Əsərdə adı keçən qəhrəmanların əxlaqi-mənəvi dünyası, onların cəmiyyəti düşündürən vacib problemlərə münasibəti əsərin əsas ideyası kimi qeyd edilərək, təhlil olunur. Eyni zamanda, Yusif Balasaqunlunun yaşadığı dövr, onun əsəri qələmə alma səbəbləri, böyük mütəfəkkirin formalaşdığı ədəbi, fəlsəfi mühit haqqında tədqiqatlara müraciət edilir. Məqalədə elmin, biliyin, təhsilin insan həyatında vacibliyi, ədalətlilik, doğruluq, mənəvi bütövlük, insanın mənəvi yüksəliş yolları “Kutadqu biliq”in irəli sürdüyü əsas ideya kimi təqdim edilir, insanın şəxsiyyət kimi formalaşmasının fundamental əsasları tədqiq olunur.
PDF: KUTATGU BİLİG ÖZBEKİSTAN ÜÇÜN