“Təhsil Xidmətləri və Məsləhət Mərkəzi” və “Educenter Azerbaijan” təşkilatı Qazaxıstan Respublikasının müvafiq təşkilatları ilə əməkdaşlıq layihəsi çərçivəsində müvafiq sahə üzrə mütəxəssisləri konqresə dəvət edir.
Konqres Qazaxıstan Respublikası Prezident Aparatı yanında Tibb Mərkəzinin “Karlığaş” Uşaq bağçası tərəfindən 30 oktyabr 2024-cü il tarixində Astana şəhərində təşkil olunacaq.
“Qabaqcıl təcrübənin yayılması” layihəsi çərçivəsində keçiriləcək konqresə Qazaxıstan Respublikası Təhsil Nazirliyi Erkən Uşaqlıq İnkişafı İnstitutu tərəfindən təşkilati dəstək veriləcək.
Konqresdə Qazaxıstan, Qırğızıstan, Norveç və Azərbaycandan müvafiq sahə üzrə mütəxəssislər iştirak edəcək.
Konqres iştirakçılarına sertifikat veriləcək
Konqresin plenar hissəsində aşağıdakı mövzular təqdim olunacaq:
- Uşaq bağçalarında media yaradıcılığı;
- Təhsil mühitində milli dəyərlər;
- “EcoTeam” Ekoloji ortamda təbiətə münasibətin formalaşdırılması.
Konqres çərçivəsində pedaqoji ideyaların sərgisi təşkil olunacaq.
Konqresdə iştirakçı sayı məhduddur.
PROQRAM
29.10.2024: Bakıdan təyyarə ilə çıxış və oteldə yerləşmə
30.10.2024
Saat 09:00: Konqresin açılış nitqləri və bağçalarda master-klaslar.
Saat 13:00: Nahar fasiləsi
Saat 14:00-17:00: Konqresin plenar hissəsi.
31.10.2024: Astana şəhəri ilə tanışlıq və sərbəst vaxt. (Qazaxıstan Milli Museyi, Bayterek abidəsi, Əl-Fərabi adına Uşaq Yaradıcılıq Mərkəzi)
01.11.2024: Bakıya dönüş.
Konqresin bütün xərcləri iştirakçılar tərəfindən ödəniləcək. Əlavə məlumat üçün təşkilat komitəsinə müraciət edə bilərsiniz.
Təşkilat komitəsi: +994 50 672-59-11