NEFTÇALADA BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLDİ

NEFTÇALADA BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLDİ

NEFTÇALADA BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLDİ

Oktyabrın 5-də Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə “AZLİNG 2024: Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” mövzusunda Beynəlxalq elmi konfrans keçirildi.

 Konfransın açılış mərasimində Naftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Neftçala şəhər Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova, Azərbaycan Respublikası Dil Komissiyası yanında Monitorinq Mərkəzinin rəhbəri, filologiya üzrə elmlər doktoru, professor Sevinc Əliyeva, Sumqayıt Dövlət Universitetinin rektoru, kimya üzrə fəlsəfə doktoru Rüfət Əzizov, Regionların İnkişafı İctimai Birliyinin nümayəndəsi Gülbağda Leysanova Hacıyeava, filologiya üzrə fəlsəfə doktoru, dosent Qüdsiyyə Qəmbərova, pedaqogika üzrə fəlsəfə doktoru, Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri Aqşin Əliyev, Azərbaycan Televiziyası və Radiosu Qapalı Səhmdar Cəmiyyətinin Beynəlxalq Əlaqələr Departamentinin direktoru Elnar Məmmədli, tanınmış iş adamı Akif Kərimov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalının baş redaktoru Böyükağa Mikayıllı, “Gündoğar” qəzetinin baş redaktoru Bədirə Niftəliyeva çıxış etdilər. Konfransa Çindən və Özbəkistandan olan dilçi alimlərin də tədqiqat işləri göndərilmişdi.  

Konfransda Azərbaycan dilinin, ümumilikdə dilçiliyin müasir problemlərinə həsr olunmuş məruzələr dinlənildi. Qeyd edim ki, konfrans əslən neftçalalı olan dilçi alimlər Aqşin Əliyev və Qüdsiyyə Qəmbərovanın təşəbbüsü ilə 4 ildir ki, keçirilir.  Konfransa Neftçala Rayon Heydər Əliyev Mərkəzi və Regionların İnkişafı İctimai Birliyi tərəfindən təşkilati dəstək verilir. Neftçalanın pedaqoji ictimaiyyətinin böyük marağına səbəb olan konfrans rayonda elm bayramı əhval-ruhiyyəsi yaradır.